SuccuLand Baku

Call Directions Website Contact the business

SuccuLand Baku Beton dibçək istehsalı

Trenddən geri qalmadıq. 🌿💍Əgər münasibətiniz bu mərhələlərin hamısından keçibsə…artıq son səhifəyə keçməyə hazırsınız. ❤...
06/10/2026

Trenddən geri qalmadıq. 🌿💍

Əgər münasibətiniz bu mərhələlərin hamısından keçibsə…
artıq son səhifəyə keçməyə hazırsınız. ❤️

🌵 Sevgilinizə göndərin — reaksiyasını gözləyin. 👀

Xamedoreya nə üçün ideal otaq bitkisidir?1. 🌿 Zərif görünüş: Onun incə, lələkvari yarpaqları interyerə tropik yüngüllük ...
30/09/2026

Xamedoreya nə üçün ideal otaq bitkisidir?
1. 🌿 Zərif görünüş: Onun incə, lələkvari yarpaqları interyerə tropik yüngüllük və təravət qatır.
2. ⛅️ Qulluqda tələbkar deyil: Bu palma kölgədə və ya dağınıq işıqda özünü əla hiss edir. Pəncərələri günəşli tərəfə baxmayanlar üçün ideal seçimdir!
3. 💧 Asan suvarma: Mütəmadi və mülayim suvarma kifayətdir, əsas odur ki, torpağı həddindən artıq qurutmayasınız. Yarpaqlarına su çiləmək də onun çox xoşuna gələcək.
4. 🌬️ Havanı təmizləyir: Bir çox bitki kimi, xamedoreya da otaqdakı havanı təmizləməyə və onu daha təravətli etməyə kömək edir.
İndi o, otağımı bəzəyir və hər gün göz oxşayır! 💚 Bəs sizin evinizdə palma var? Şərhlərdə hansı otaq bitkilərini sevdiyinizi bölüşün!

🌿 Bitkinizin sağlam və uzunömürlü olması üçün bu sadə məsləhətlərə diqqət edin:🪴 Doğru ölçü: Bitkinin kök sisteminə uyğu...
23/09/2026

🌿 Bitkinizin sağlam və uzunömürlü olması üçün bu sadə məsləhətlərə diqqət edin:

🪴 Doğru ölçü: Bitkinin kök sisteminə uyğun ölçüdə dibçək seçin. Çox böyük dibçək artıq nəmlənməyə səbəb ola bilər.

🌱 Uyğun torpaq: Hər bitkinin torpaq ehtiyacı fərqlidir. Kaktus və sukkulentlər üçün suyu tez keçirən, havalanan torpaq qarışığı seçmək vacibdir.

💧 Suvarma balansı: Drenaj dəliyi olmayan dekorativ dibçəklərdə suvarmaya xüsusilə diqqət etmək lazımdır. Torpaq tam qurumadan bitkini yenidən sulamayın və dibçəkdə suyun yığılmasına yol verməyin.

✨ Estetik toxunuş: Torpağın üzərinə xırda dekorativ daşlar əlavə etməklə bitkinizə daha səliqəli və estetik görünüş verə bilərsiniz.

Bəs siz sonuncu dəfə bitkilərinizin torpağını nə vaxt dəyişmisiniz? 🪴
Şərhdə bizimlə bölüşün! 👇

Təbiətin zərifliyi və xüsusi dizayn bir arada. 🤍🌱 Əl işi dekorativ dibçəklər🌱 Canlı sukkulent və otaq bitkiləri🌱 Ad, loq...
08/09/2026

Təbiətin zərifliyi və xüsusi dizayn bir arada. 🤍

🌱 Əl işi dekorativ dibçəklər
🌱 Canlı sukkulent və otaq bitkiləri
🌱 Ad, loqo və xüsusi mesajla fərdiləşdirmə
🌱 Korporativ hədiyyələr və tədbirlər üçün ideal seçim

Sevdiklərinizə və əməkdaşlarınıza uzun müddət yaşaya biləcək, fərqli və yadda qalan bir hədiyyə bəxş edin. ✨

📩 Sifariş və ətraflı məlumat üçün bizə yazın.

SuccuLand Baku — təbiəti hədiyyəyə çeviririk.

SuccuLand Baku-da məqsədimiz sadəcə gözəl məhsul hazırlamaq deyil. Bəzən bir iş yoldaşına, həkimə, dosta, rəhbərə və ya ...
01/09/2026

SuccuLand Baku-da məqsədimiz sadəcə gözəl məhsul hazırlamaq deyil. Bəzən bir iş yoldaşına, həkimə, dosta, rəhbərə və ya bütöv komandaya hədiyyə lazım olur ⭐️
Bu səhifədə kimə, nə zaman və niyə hansı hədiyyənin uyğun olduğunu göstərəcəyik 🪴
KorporativHediyye

🌿 Yaşıl toxunuş, daha canlı iş məkanı.Ofis mühitinə sadəcə dekor deyil, təbiətin enerjisini əlavə edən kiçik sukkulentlə...
25/08/2026

🌿 Yaşıl toxunuş, daha canlı iş məkanı.

Ofis mühitinə sadəcə dekor deyil, təbiətin enerjisini əlavə edən kiçik sukkulentlər. 🤍🌱

Minimalist dizayn, təbii yaşıllıq və hazırlanmış xüsusi dibçəklər — iş məkanlarına zövqlü və canlı bir toxunuş.

Həm estetik, həm də yadda qalan. ✨

Pastel rənglər, zərif güllər və evinizə yaraşacaq minimal dizayn. 🌸Yeni güldanlarımız artıq SuccuLand Baku kolleksiyasın...
19/08/2026

Pastel rənglər, zərif güllər və evinizə yaraşacaq minimal dizayn. 🌸

Yeni güldanlarımız artıq SuccuLand Baku kolleksiyasındadır. 🤍
İnteryerinizə ən uyğun rəngi seçin.

Həm ev dekoru, həm də zövqlü hədiyyə üçün gözəl seçimdir. ✨

📩 Sifariş üçün DM

🌿 SuccuLand Baku × Saena Coffee Shop — Succulent MasterclassBu dəfə sadəcə hazır dibçək seçmirsən — özün yaradırsan! 🎨🌵B...
12/08/2026

🌿 SuccuLand Baku × Saena Coffee Shop — Succulent Masterclass

Bu dəfə sadəcə hazır dibçək seçmirsən — özün yaradırsan! 🎨🌵

Beton dibçəyini zövqünə uyğun rənglə, sevdiyin sukulenti seç və öz əllərinlə ək. Saena Coffee Shop-un rahat atmosferində yaradıcı və fərqli bir gün keçir. ☕️✨

📅 15 Avqust
📍 Saena Coffee Shop

Sonda isə öz hazırladığın unikal sukulent kompozisiyasını evinə aparırsan. 💚

Yerlər məhduddur — iştirak üçün öncədən qeydiyyat vacibdir.

Sukulenti çox su ilə yox, düzgün qulluqla xoşbəxt etmək olar. 🌿
02/08/2026

Sukulenti çox su ilə yox, düzgün qulluqla xoşbəxt etmək olar. 🌿

Address

N. Narimanov 127
Baku
AZ1006

Alerts

Be the first to know and let us send you an email when SuccuLand Baku posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SuccuLand Baku:

Shortcuts

Share

Category