COZY by Madi

Call Directions Website

COZY by Madi Table Set Up and Decorations Services

Nəhayət ki, sizinlə bu xoş xəbəri paylaşıram! 💫İki ildir üzərində çalışdığım, təcrübəmi və məkanlara olan sevgimi bir ar...
15/09/2026

Nəhayət ki, sizinlə bu xoş xəbəri paylaşıram! 💫

İki ildir üzərində çalışdığım, təcrübəmi və məkanlara olan sevgimi bir araya gətirdiyim müəllif kursum -
COZY THEORY artıq hazırdır!

Bu kursu məkanını gözəlləşdirmək, öz üslubunu tapmaq və ətrafında yaratdığı atmosferə daha şüurlu yanaşmaq istəyən hər kəs üçün hazırlamışam.

Birlikdə məkanları görməklə kifayətlənməyəcək, onları hiss etməyi öyrənəcəyik. Rənglərə, materiallara, fakturalara və kiçik detalların yaratdığı böyük fərqlərə başqa gözlə baxacağıq.

✨ 6 dərs və 7 görüş
✨ Görüşlərin 80%-i seçilmiş real məkanlarda
✨ Memarlıq, interyer, dekor və süni intellektlə virtual dizayn
✨ Floristika, W**e & Dine və şərab dequstasiyası
✨ Dəvətli qonaqlar, əlavə ustad dərsləri və xüsusi hədiyyələr
✨ Finalda qala şam yeməyi və etiket təcrübəsi

Öyrənəcəyik, sınayacağıq, ilhamlanacağıq və birlikdə gözəl xatirələr yaradacağıq.

📅 Başlanğıc: 17 oktyabr 2026
🗣 Tədris dili: Azərbaycan dili
👥 Cəmi 20 yer

İlk qeydiyyatdan keçən 5 iştirakçı üçün 20% endirim — 500 AZN əvəzinə 400 AZN.

Kurs haqqında ətraflı məlumatı saytımızdan əldə edə, qeydiyyatdan isə Telegram botumuz vasitəsilə keçə bilərsiniz.

🔗 Hər iki link profilimizin bio bölməsindədir.

Olmaq istədiyiniz məkanı özünüz yaradın.

Sevgi ilə, Mədinə | CozyByMadi 🤍

Bu yayın ən gözəl floristik kompozisiyalarından biri …Çox dəyərli bir insanın doğum günü üçün hazırladığımız səmimi və ö...
26/08/2026

Bu yayın ən gözəl floristik kompozisiyalarından biri …
Çox dəyərli bir insanın doğum günü üçün hazırladığımız səmimi və özəl masa.💫



Yay 2026.

Elə məkanlar var ki, onları dekorasiya etmək istəyirsən.Elə məkanlar da var ki, orada sadəcə olmaq istəyirsən.Bu otaq mə...
25/08/2026

Elə məkanlar var ki, onları dekorasiya etmək istəyirsən.
Elə məkanlar da var ki, orada sadəcə olmaq istəyirsən.

Bu otaq məhz belə idi💫

Açıq mavi divarlar, tünd ağac, köhnə çərçivələr, latun detalları, kamin və gün ərzində otağın əhvalını tamamilə dəyişən o möhtəşəm günəş işığı…

Özümü burada o qədər rahat və hüzurlu hiss etdim ki, dekorasiya haqqında düşünmək belə ağlımdan keçmədi. Heç nə əlavə etmək, yerini dəyişmək və ya “daha yaxşı” etmək istəmədim.

Bir də ayrıca bu mavi rəng…
Bu tonu yaddaşıma mütləq həkk edirəm. Gələcək layihələrimdən birində ona çox yaxın bir çalardan istifadə edəcəyimə əminəm.

Məkan eshgala 👏🏽

Colors do more than complement your appearance… They reveal it. They shape your mood, influence your energy, and quietly...
24/08/2026

Colors do more than complement your appearance… They reveal it. They shape your mood, influence your energy, and quietly speak to your soul.

Location: eshgala

Family holiday memories, 2026. The beginning of summer, Turkish style - sea, kids, friends, long days and fun-filled eve...
23/08/2026

Family holiday memories, 2026.
The beginning of summer, Turkish style - sea, kids, friends, long days and fun-filled evenings💫💃🏼🥂

Qəbələ Fest yaddaşlarda uzun müddət qalacaq.İnanıram ki, bu il festivalda bizimlə birlikdə olan hər kəs bu günləri uzun ...
20/08/2026

Qəbələ Fest yaddaşlarda uzun müddət qalacaq.

İnanıram ki, bu il festivalda bizimlə birlikdə olan hər kəs bu günləri uzun müddət xatırlayacaq. Gələ bilməyənlər isə gələn il mütləq bu atmosferin bir hissəsi olmaq istəyəcəklər.

Altı gün ərzində Qəbələnin müxtəlif məkanlarında klassik musiqidən caz və açıq hava konsertlərinə, sərgilərdən yarmarkalara, master-klasslardan xüsusi konsept gecələrinə qədər bir-birindən fərqli layihələr həyata keçirildi.

15-ci yubiley Qəbələ Musiqi Festivalının kreativ komandası olmaq CozyByMadi üçün böyük fəxr idi.

Bu festivalda gördüyünüz vizual dünyanın, atmosferin, dekorasiyaların, instalyasiyaların, fərqli zonaların və ən kiçik detalların arxasında böyük bir komandanın günlərlə, gecələrlə davam edən əməyi dayanır.

Və mən ilk növbədə öz komandama təşəkkür etmək istəyirəm.

Hər biriniz bu layihəyə yalnız peşəkarlığınızı deyil, enerjinizi, vaxtınızı, səbrinizi və ürəyinizi qoydunuz. Ən çətin anlarda belə dayanmadınız, həll yolları tapdınız və nəticədə bizim də illər sonra qürurla xatırlayacağımız bir layihə yaratdınız.

Sizinlə fəxr edirəm. Və hər birinizi bu nəticə münasibətilə ürəkdən təbrik edirəm.

Bizə bu böyük layihənin bir hissəsi olmaq və öz kreativ baxışımızı Qəbələ Musiqi Festivalında həyata keçirmək imkanı verən hər kəsə təşəkkür edirik.

Bəzi layihələr bitir. Bəziləri isə iz qoyur.

XV Qəbələ Musiqi Festivalı bizim üçün məhz belə layihələrdən biri oldu.

06/08/2026

В тот день, когда я впервые увидела закат с этой террасы, я поняла, что эта стена должна быть терракотовой💫Всего один ча...
08/06/2026

В тот день, когда я впервые увидела закат с этой террасы, я поняла, что эта стена должна быть терракотовой💫

Всего один час в день мягкие лучи солнца касаются этой стены. Но именно в этот момент вся красота заката раскрывается и наполняет пространство совершенно особенной атмосферой💫

Иногда достаточно всего одного заката, чтобы понять, что ты сделал правильный выбор.

Я буду скучать по нашему ☀️ уголку!

Bəzən məkanlar sadəcə məkan olmur.Onlar görüşlərin, söhbətlərin, ideyaların, dostluqların və xatirələrin toplandığı ünva...
08/06/2026

Bəzən məkanlar sadəcə məkan olmur.

Onlar görüşlərin, söhbətlərin, ideyaların, dostluqların və xatirələrin toplandığı ünvanlara çevrilirlər.

Bir il ərzində CozyByMadi-nin Sea Breeze-də yerləşən konseptual məkanında yüzlərlə qonağı qəbul etdi, onlarla tədbirə, görüşə, təqdimata və yaradıcılıq layihəsinə ev sahibliyi etdi. Bu gün isə bu hekayənin son səhifələrini birlikdə yazırıq.

13–14 iyun tarixlərində sizi CozyByMadi Concept Space | Sea Breeze -də keçiriləcək son tədbirimizə - xüsusi Summer Sale günlərinə dəvət edirik.

Bu günlərdə satışda olacaq:

• Seçilmiş mebellər
• Dekor və interyer aksesuarları
• Xalçalar və tekstil məhsulları
• Güzgülər, vazalar və şamdanlar
• Kitab kolleksiyası
• Bağ və ev dekoru elementləri
• Atamın şəxsi kolleksiyasından seçilmiş antikvar və vintaj əşyalar
• Mənim və tərəfdaşlarımızın seçdiyi xüsusi məhsullar

Bəzi əşyalar yalnız bu tədbir çərçivəsində satışa çıxarılacaq və sonradan əldə etmək mümkün olmayacaq.

Əgər bu məkanı son dəfə görmək, onun atmosferini hiss etmək və özünüz üçün xüsusi bir parça seçmək istəyirsinizsə, sizi gözləyirik.

Biz bu il Sea Breeze ilə hələlik sağollaşırıq. Amma mütləq qayıdacayıq.

📍 White Villas 1 | Villa 41 | Sea Breeze
📅 13–14 İyun 2026
🕛 12:00–20:00

İştirak yalnız əvvəlcədən qeydiyyatla mümkündür.

📩 [email protected]
📞 +994 55 235 00 50
📱 .bymadi

Sizinlə yaratdığımız bütün xatirələr üçün təşəkkür edirik🤍

Address

Ismayıl Qutqaşınlı 36
Baku
1073

Alerts

Be the first to know and let us send you an email when COZY by Madi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category